...

Yanvar-mayda Azərbaycanda yanacaq mazutunun satışı azalıb

Energetika Materials 18 İyun 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend /Yanvar-mayda Azərbaycanın daxili bazarına 2,1 mln. neft məhsulları göndərilib ki, bu da 2007-ci ilin yanvar-aprelindən 0,6 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 326,9 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007-ci ilin analoji dövründən 15,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-aprelində Azərbaycanın Azpetrol şirkəti reallaşdırılmaq üçün 170,6 min ton, LUKoil isə 52,6 min ton avtomobil benzini alıb.

Yanvar-mayda daxili bazarda 376,4 min ton dizel yanacağı satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 44,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən 123,5 min ton, LUKOIL isə, 44 min ton alıb. Xəzər Dəniz Gəmiçiliyi 7,2 min ton dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox mazut yanacağı reallaşdırılıb. Yanvar-mayda 690,3 min ton mazut satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 32,6 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC 431,4 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün isə, sonradan emal edilməyə 229,2 min ton mazut alıb.

Bu dövrdə 214,1 min ton aviasiya kerosini satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 30,2 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.

Yanvar-mayda daxili bazarda 52 min ton neft bitumu satılıb. Bu, 2007-ci ildən 17,9 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-mayda daxili bazarda 36,3 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007-ci ilin yanvar-aprelindən 19,3 faiz azdır.

Daxili bazarda 400,4 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007-ci ilin yanvar-mayından 15 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti