...

Yanvar-iyunda Azərbaycanda koks istehsalı altı dəfədən çox artıb

Energetika Materials 7 İyul 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend / Cari ilin yanvar-iyun aylarında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (Keçmiş "Azneftyanacaq") təqribən 78 min ton neft koksu istehsal olunub. Bu göstərici 2007-ci ilin analoji dövründə12,3 min ton (6,3 dəfədən çox) təşkil edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Ötən il neft koksu istehsalının ümumi həcmi 85 min ton təşkil edib.

2006 -cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005- ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti