...

Azərbaycan elektrik enerjisi üzrə Türkiyəyə borcun qaytarılmasına başlayıb

Energetika Materials 23 İyul 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend / Naxçıvan Muxtar Respublikası elektrik enerjisinə görə Türkiyəyə olan $157 mln. məbləğində borcun qaytarılmasına başlayıb. Bu borc 90-cı illərin əvvəlində blokadada olan respublikaya elektrik enerjisi tədarükü nəticəsində yaranıb. Bu barədə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Borcun ümumi həcmi 3,2 mlrd. kVt/s elektrik enerjisinə bərabərdir. Naxçıvan borcun qaytarılması hesabına Türkiyəyə təqribən 300-400 mln. kVt/s elektrik enerjisi ötürür.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 5500 MVt-yə bərabərdir (illik istehsal 21 mlrd. kVt/s elektrik enerjisini ötür), lakin NMR-in elektrik enerjisi istehsalı gücü 160 MVt təşkil edir.

Borcun qaytarılması Naxçıvanda yeni elektrik generasiya obeyktlərinin, xüsusilə də 87 MVt gücündə modul elektrik stansiyasının tikintisi və 50 MVt gücündə dizel elektrik stansiyasının qaza keçirilməsindən sonra mümkün olub. İran ərazisi vasitəsilə Naxçıvana qaz tədarükünün başlaması istifadə edilən elektrik enerjis həcmini azaltmağa və bu həcmi borcun qaytarılması üçün istifadə etməyə imkan verib. Yaxın vaxtlarda Naxçıvanda yeni sərhədyanı su elektrik stansiyasının tikintisi həyata keçiriləcək ki, bu da istehsal həcmini artırmağa və borcu qaytarmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti