...

"Lukoyl" Özbəkistana $5 milyarddan çox sərmayə yatırır

Energetika Materials 2 Sentyabr 2008 18:15 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 02 avqust/ Trend , müxbir T.Jukov/Rusiyanın "Lukoyl"şirkəti yeddi il ərzində Özbəkistan ərazisindəki qaz layihələrinə $5 milyarddan çox sərmayə yatırılmasını planlaşdırıb, - Trend -ın xüsusi müxbiri xəbər verir.

"Hazırda "Kandım"və "Qissar qrupu"perspektiv layihələrinə sərmayələr qoyulur. Bizim qiymətləndirmələrimizə görə, daha 5 milyard dollar tələb edəcək bu böyük layihələr başa çatdıqdan sonra, Özbəkistan ərazisində 12 milyard kubmetr qaz hasil etmək mümkün olacaq", - Rusiya nümayəndə heyətinin tərkibində olan şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, "Lukoyl"Özbəkistandakı ilk layihəsinə - Buxara vilayətindəki "Xauzak - Şadı"yatağının işlənməsinə artıq $500 mln. yatırıb. "Lukoyl"un layihəsi ölkənin cənub-qərbində yerləşən və 280 milyard kubmetr qaz ehtiyatına malik "Kandım", "Xauzak - Şadı"yataqlarının 35 il ərzində işlənməsini və respublikanın Qərbindəki Üstyurt  regionundakı "Kunqard"yatağının işlənməsini nəzərdə tutur. "Lukoyl"un layihədə iştirak payı 90 faiz, Özbəkistan hökumətinin payı10 faiz təşkil edir. İlkin mərhələdə məhsulun bölüşdürülməsi bərabər payla ediləcək.

Layihə çərçivəsində, uzunluğu1500 km-dən artıq boru kəmərinin, dəmir yolu qolunun və illik gücü  8 milyard kubmetr olacaq qaz emalı zavodunun tikilməsi planlaşdırılıb. Hasil edilən qaz "Orta Asiya - Mərkəz"qaz kəməri vasitəsilə Rusiyaya nəql ediləcək.  

2008-ci ilin fevralında Rusiya şirkəti Özbəkistanın cənub-qərbi Qissar və Üstyurt regionlarındakı yataqların işlənməsi üzrə məhsulun bölüşdürülməsinə dair razılaşmanın iştirakçısı olub. Bu yataqların ümumi ehtiyatı 100 milyard kubmetrdir.

Xəbər lenti

Xəbər lenti