...

Qazaxıstan "KazTransQaz-Tbilisi"nin satıla biləcəyini istisna etmir

Energetika Materials 7 Oktyabr 2008 13:55 (UTC +04:00)

Qazaxıstan, Almatı, 07 oktyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstan "Kaztransqaz"ın törəmə şirkəti olan "KazTransQaz-Tbilisi" MMC-nin satıla biləcəyini istisna etmir.

"Sərfəli təklif daxil olarsa, nə üçün satmayaq, hər şey təklifdən asılıdır", - deyə çərşənbə axşamı Qazaxıstanın dövlət şirkəti "KazMunayQaz"ın prezidenti Kairgəldi Kabıldin Almatıda keçirilən KİOQE -2008 sərgi və konfransı çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.

"İstənilən biznesdə olduğu kimi, bu aktivlər alınıbsa, deməli satıla da bilər", - deyə Kabıldin bildirib və əlavə edib ki, Qazaxıstanın "KazTransQaz-Tbilisi" MMC-dəki sərmayələri $56 mln. təşkil edir.

"KazTransQaz-Tbilisi" MMC "KazMunayQaz"a məxsus olan "Kaztransqaz"ın törəmə şirkətidir.

"KazTransQaz-Tbilisi" şirkəti 2006-cı ilin mayında $12,501 mln.-a "Tbilqaz"ın aktivlərini əldə edib. 2013-cü ilədək Qazaxıstanın bu müəssisədəki sərmayələrinin $81 mln.-dək artırılması planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti