Azərbaycan, Bakı, 15 oktyabr/ Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib. Bu barədə SOCAR -ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 1 mln. barel həcmində neft partiyası noyabrın 1 -7 - də göndəriləcək. Tenderin yekunları oktyabrın 16 - da keçiriləcək və oktyabrın 17 - də elan olunacaq.