Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) 2008 - ci ilin yanvar-sentyabrında neftin müqavilə (ixrac) və dövlətdaxili topdan qiyməti arasındakı fərqdən ölkənin dövlət büdcəsinə 171 877,6 min manat ödəyib, -Vergilər Nazirliyindən çərşənbə axşamı bildiriblər. Büdcə proqnozuna düzəlişlər çərçivəsində tətbiq edilmiş yeni mexanizmə əsasən, SOCAR bu fərqdən əldə edilən vəsaitin 30 faizini xəzinəyə ödəyir. Bunadək bu hesablamalar 25 faiz səviyyəsində aparılıb.
Bu xətt üzrə dövlət büdcəsinə yalnız sentybrda 40 390,6 min manat, avqustda - 11 907,1 min manat, iyulda 4007,1 min min manat vəsait daxil olub.
Maliyyə Nazirliyində nisbət dəyişikliyini neftdən gələn gəlirlərin artması ilə bağlayırlar. Neftin dünya qiymətləri də daxilolmaların həcminə təsir göstərir və müvafiq olaraq, dövlət büdcəsinə daxilolmalar da artır.
Dövlət büdcəsində qiymət həddi $70-ı ötdükdə (əvvəllər büdcə göstəriciləri $50 qiymət üzrə hesablanırdı) ,neftdən gələn gəlirlərin 75 faizini Dövlət Neft Fonduna (ARDNF) vermək nəzərdə tutulur. 2008 - ci ilədək hesabalamalar zamanı neftin $40-dan $50-dək qiyməti əsas götürülürdü. Bu halda, əlavə daxilolmaların 50 faizi ARDNF-ə verilirdi.
Dünya bazarlarında neft qiymətlərinin münasib konyukturası ilə əlaqədar, 2008 - ci ildə Azərbaycanın neft gəlirlərinin xüsusi çəkisi artacaq ki, bu da ölkənin dövlət büdcəsinə daxilolmaların da artmasına gətirəcək. Bu, düzəlişlər edilmiş büdcə proqnozlarında da öz əksini tapıb. Bu proqnozlara əsasən, cari ildə neft sektoru ölkənin dövlət büdcəsinə 6,7 mlrd. manat məbləğində (Dövlət Neft Fondundan 3,8 mlrd. manat həcmində transfertlər nəzərə alınmaqla) daxilolmaları təmin etməlidir ki, bu da ümumi büdcə gəlirlərinin 63,9 faizini təşkil edir. Lakin bu hesablamalar zamanı neftin ixracının azalmasına səbəb olan Gürcüstandakı hadisələr və Bakı -Tbilisi - Ceyahanın Türkiyə hissəsindəki partlayış nəzərə alınmayıb.
Oktyabrın 21 - nə olan cari mübadilə məzənnəsi -- 0,8095 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]