...

"KazMunayqaz" və CNPC təbii qaz sahəsində əməkdaşlıq sazişi imzalayıb

Energetika Materials 31 Oktyabr 2008 18:33 (UTC +04:00)

Qazaxıstan, Astana, 31 oktyabr/ Trend , müxbir K.Konırova/ "KazMunayqaz" şirkəti və Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) ÇXR Dövlət Şurası Baş naziri Ven Tszyabaonun Qazaxıstana rəsmi səfəri çərçivəsində cümə günü Astanada təbii qaz və qaz kəməri sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında çərçivə sazişi imzalayıblar, - şirkətin mətbuat xidmətindən bildiriblər.

"Sazişin predmeti tərəflərin təbii qaz və Qazaxıstan- Çin qaz kəmərinin (Beyneu - Bozoy-Kızıl Orda - Şımkent) ikinci hissəsinin çəkilməsi layihəsinin realizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə tərəflərin ilkin razılaşmasından ibarətdir. Tərəflər Qazaxıstan - Çin qaz kəməri layihəsinin birgə realizəsinin prinsip və şərtlərini gələcək sazişlərdə müəyyən edəcəklər", - press-relizdə bildirilir.

"Bu çərçivə sazişinin imzalanması neft-qaz sahəsində Qazaxıstan - Çin əməkdaşlığının inkişafında növbəti vacib addımdır. Layihə Cənubi Qazaxıstan, Cambul və Almatı əyalətlərinin təbii qaza tələbatını ödəməyə, Qazaxıstandan təbii qaz ixracı istiqamətlərini diversifikasiya etməyə imkan verəcək", - "KazMunayqaz" SC-nin prezidenti Karigeldı Kabıldin bildirib.

Qazaxıstan - Çin qaz kəmərinin illik ötürmə gücünün 10 mlrd. kubmetr, uzunluğunun 1510 km təşkil edəcəyi planlaşdırılır. Kapital yatırımlarının 4 mlrd. dollara yaxın həcmdə olacağı gözlənilir.

İkinci hissəni Qazaxıstan - Çin qaz kəmərinin birinci hissəsi ilə (Qazaxıstan - Özbəkistan sərhədi - Şımkent - Almatı - Xarqos) birləşdirmək nəzərdə tutulur. Birinci hissəsinin tikintisi "KazMunayqaz" SC və CNPC şirkətinin paritet əsasda yaratdığı "Asiya qaz kəməri" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Qaz kəmərinin birinci hissəsinin layihəsi Şımkent -Almatı hissəsində qazın Qazaxıstanın regionlarının ehtiyacının ödənilməsi üçün nəqlini, qazax qazının Çinə ixracı imkanlarını nəzərdə tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti