Azərbaycan, Bakı, 07 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışı barədə tender elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 1 mln. barel həcmində olan neft partiyası dekabrın 10-15-də göndəriləcək.
Tenderə noyabrın 10-da yekun vurulacaq, noyabrın 11-də nəticələr açıqlanacaq.
Azeri Light nefti "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir və Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına ixrac olunur.