Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir S.Əliyev/ Bugünədək Azərbaycanın yeraltı qaz anbarlarına 2008 - 2009 - cu illərin payız - qış mövsümündə respublikanın qazla təmin olunması məqsədilə 1,05 milyard kub qaz vurulub. Bazar ertəsi bu barədə hökumətdən bildiriblər.
Hazırda qaz vurulması davam edir. Hər gün 2,5 milyon kub qaz vurulur.
Bu il Azərbaycan qaz anbarlarında (Qaradağ və Qalmaz) 1 milyard kubmetrdən çox qaz vurulması planlaşdırılır. Ötən il bu qaz anbarlarında 1 milyard kub qaz vurulmuşdu. Bu həcmdə qaz ölkə abonentlərinin 2007-2008 - ci il payız-qış mövsümündə təminatı üçün istifadə olunub.
Müstəqil hasil olunan anbarlara vurulmaq üçün qaz SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən tədarük olunur. Bu il ərzində SOCAR 8 milyard kubmetr hasil etmək niyyətindədir. Təxminən 1.4 milyard kubmetr qazı Azərbaycan "Azəri - Çıraq - Günəşli", 2,9 milyard kubmetr qazı "Şahdəniz" yatağından əldə edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]