...

RWEvə OMV şirkətləri Caspian Energy Company-ni alacaqlar

Energetika Materials 22 Dekabr 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend /Almaniyanın RWE və Avstriyanın OMV şirkətləri bir müddət əvvəl birgə əsasda yaradılmış Caspian Energy Company (CEC) şirkətini alacaqlar, - RWE-nin bazar ertəsi yayılmış məlumatında deyilir.

CEC, Xəzər regionundan Avropaya qaz ixracı infrastrukturunun öyrənilməsi üçün Birləşmiş Krallıq tərəfindən yaradılıb. Hökumətdən təsdiq alsalar, RWE və OMV-nin CEC-də bərabər payları olacaq. Sonrakı mərhələdə digər tərəfdaşlar da iştiraka dəvət olunacaq.

Tezliklə CEC Avropaya Xəzər dənizinin şərq hissəsinin təbii qazına çıxışı təmin edən qaz nəqli infrastrukturu variantlarının təfərrüatlı təhlilinə başlayacaq. Daha sonra CEC Xəzər dənizidən qaz nəqli sistemlərinin işlənilməsi, çəkilməsi və idarə edilməsi ilə məşğul olacaq.

Sonda qaz mövcud Cənubi Qafqaz qaz kəmərinə və ya digər boru kəmərlərinə verilə və Türkiyəyə çatdırıla, buradan  "Nabukko" qaz kəmərinə vurula bilər.

Xəbər lenti

Xəbər lenti