...

Azərbaycan FHN qazla bağlı qəzaların araşdırılması üzrə komissiya yaradacaq

Energetika Materials 2 Fevral 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir E.İsmayılov/

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) həftə ərzində qazdan istifadə qaydalarının pozulması və qaz sızması nəticəsində zərər çəkənlərin sayının artması səbəblərinin araşdırılması üçün komissiya yaradacaq, - Azərbaycanın Sənaye və Energetika Nazirliyindəki mənbə bazar ertəsi bildirib.

Son vaxtlar, xüsusilə də qış dövründə soyuq və şaxtalı hava şəraitinə görə vətəndaşlar mənzillərdə texniki normalara cavab verməyən qızdırıcı qaz peçlərindən istifadə edirlər. Bu tez-tez ölümlə nəticələnən dəm qazından zəhərlənmələr və ya sağlamlığa zərər vurulmasına, eləcə də qaz sızması nəticəsində yaşayış binalarında partlayışlara səbəb olur.

"Çox ehtimal ki, bu həftə FHN-nin rəhbərliyi altında xüsusi komissiya yaradılacaq və bütün müvafiq qurumların nümayəndələri buraya daxil olacaq", - mənbə deyib.

Komissiyaya həm FHN, həm də Azərbaycanın Baş prokurorluğu, Daxili İşlər, Sənaye və Energetika nazirlikləri, Azərbaycan  Nazirlər Kabineti, "Azəriqaz" SC, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin nümayəndələri daxil olacaq.

Komissiya iki ay ərzində iş aparacaq və hökumətə son vaxtlar ölkədə tez-tez baş verən qaz partlayışları və dəm qazından zəhərlənmə halları, eləcə də bu sahədə görülmüş işlər barədə rəy təqdim edəcək, - mənbə deyib.

"Azəriqaz" QSC 2009-cu il yanvarın 15-dən fevralın 15-dək "Qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə" ayı elan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]


в

Xəbər lenti

Xəbər lenti