...

"Sarmatiya" Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılmasının təqdimatına hazırlaşır

Energetika Materials 30 Mart 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov /

Neft-qaz bazarındakı mənbənin verdiyi məlumata əsasən, may ayının əvvəlində Brüsseldə Avropa İttifaqı (Aİ) üçün Odessa-Brodı-Plotsk-Qdansk neft dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) təqdimatının keçirilməsi planlaşdırılır.

"Hazırda məsələylə bağlı müzakirələr aparılır. Təqdimatın mayın əvvəllərində Brüsseldə keçirilməsi planlaşdırılsa da TİƏ-nin təqdimatının Aİ-nin himayəsi ilə təşkil olunan forumların birində keçirilməsi istisna deyil", - məlumatı verən mənbə deyib.

Mənbədən bildirilənə görə, təqdimat layihə iştirakçısı olan şirkətlərin iştirakı ilə keçiriləcək və iştirakçı ölkələrin hökumət nümayəndələrinin də qatılması istisna olunmur.

Bir müddət öncə "Sarmatiya" BM layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb.  

"Odessa-Brodı" neft nəqli layihəsi neftin Ukrayna NEZ-inə çatdırılması və ölkənin tranzit imkanlarının artırılması məqsədilə planlaşdırılıb. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm təşkil edir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 mln. ton təşkil edir.

"Sarmatiya" 2004-cü ildə yaradılıb. Hazırda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın neft-qaz şirkəti, Litvanın "Klaypedos neft" şirkəti, Polşanın PERN "Pişiyazn" neft nəqli şirkəti və "Ukrtransafta" ASC layihə üzvləridirlər.  

Bir müddət öncə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas demişdi ki, sözü gedən marşrutda (Odessa-Brodı-Plotsk-Qdansk) Azərbaycana əsas təchizatçı rolu ayrılıb. Bununla yanaşı, ölkə neft kəməri vasitəsilə öz resursları ilə bərabər Orta Asiya neftini də təchiz edə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti