...

Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında qətnamə qəbul edilib

Energetika Materials 3 Aprel 2009 17:53 (UTC +04:00)
Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında qətnamə qəbul edilib

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında bu gün "Ağ axın" (White Stream) qaz kəməri layihəsi üzrə qətnamə qəbul edilib.

"Ağ axın" layihəsi Xəzər qazının Rumıniya və Ukraynaya, gələcəkdə isə Mərkəzi Avropaya nəqlini nəzərdə tutur. Qaz Supsaya, yəni Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qara dənizə, oradan isə dəniz dibi ilə Rumiyaya çatacaq.

"Cənubi Qafqaz dəhlizinin yaradılması məqsədilə əməkdaşlıq Gürcüstan və Aİ ölkələrinin maraqlarına daxildir. Bu dəhlizlə qaz Avropa ölkələrinə ötürüləcək. Layihə marşrutların və enerji resurslarının veriliş mənbələrinin diversifikasiyası yolu ilə enerji təhlükəsizliyinin yüksəldilməsini nəzərdə tutur. Həmçinin layihə Xəzər regionunun təbii resurslarının sürətli və səmərəli mənimsənilməsini nəzərdə tutur ki, bu da başqa enerji layihələri ilə birlikdə "Nabukko" layihəsinin həyata keçirilməsinə yardımçı olacaq", - Gürcüstan enerji naziri Aleksandr Xetaquri deyib.

Enerji nazirinin müavini Nino Yenukidzenin sözlərinə görə, qətnamə Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında əməkdaşlığı nəzərdə tutur. Hər iki tərəf qaz kəməri layihəsinin həyata keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsi istəyini bildirir.

"Ağ axın" layihəsinə əsasən, Azərbaycanın "Şahdəniz" yatağından qazı Gürcüstan ərazisindən Qara dənizin dibi ilə Ukraynaya və Aİ ölkələrinə tədarük etmək planlaşdırılır. Layihəni hazırlayanların konsepsiyasına əsasən, boru kəməri Tbilisi yaxınlığında yerləşən və təxminən 100 km uzunluğunda olaraq Gürcüstan ərazisindən Qara dənizə yönələn Cənubi Qafqaz qaz kəmərinə birləşəcək. Oradan təxminən 650 km boru ilə kəmər dənizin dibi ilə Krıma çatdırılmalı, sonra Feodosiyadan Ukraynanın tranzit sisteminə qoşulmalıdır. Alternativ plan boru kəmərinin Rumıniyaya qədər uzadılmasını nəzərdə tutur.

İlkin mərhələdə boru kəmərinin gücünün ildə səkkiz milyard kubmetr qaz olacağı gözlənilir. Belə olan halda qaz kəməri tamamilə Azərbaycanın "Şahdəniz" yatağının hesabına doldurulacaq. Sonra "Ağ axın" TransXəzər qaz kəmərinə qoşula bilər. Bu halda boru kəmərinin ikinci xətti Xəzərin dibi ilə çəkiləcək və White Stream-in gücü ildə 24-32 milyard kubmetrə qədər arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti