...

Transxəzər enerji layihələrinin reallaşdırılması zamanı ətraf mühit üçün təhlükənin yaranacağına dair bəyanatlar əsassızdır - nazir

Energetika Materials 27 Aprel 2009 11:49 (UTC +04:00)
Transxəzər enerji layihələrinin reallaşdırılması zamanı ətraf mühit üçün təhlükənin yaranacağına dair bəyanatlar əsassızdır - nazir

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova, E.İsmayılov, A.Bədəlova /

Azərbaycanın müasir enerji siyasəti ölkənin xarici və daxili siyasətinin mühüm hissəsidir. Respublikanın daxili enerji siyasətinin əsas məqsədi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, neft və qaz hasilatının artırılması, yataqlarda kəşfiyyatların aparılması, müasir texnologiyalardan istifadə yolu ilə enerji ehtiyatları istehsalı gücünün artırılması, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişaf etdirilməsindən ibarətdir. Bu barədə bazar ertəsi Bakıda keçirilən III Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Hasilatın artırılmasının əsas amillərindən biri artıq mövcud olan boru kəmərlərinin gücünün və yenilərinin tikilməsi imkanlarının artırılmasıdır", - deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin energetika sahəsində əməkdaşlığı təkcə neft-qaz layihələrinin birgə kəşfiyyatı deyil, həm də Şimal-Cənub, Qərb-Şərq enerji nəqli dəhlizlərində və alternativ mənbələrdən istifadə sahələrində əməkdaşlığı nəzərdə tutur.

Nazir bildirib ki, Xəzərin şərq sahilindən təbii qaz tədarükünün daha səmərəli üsulu şərq və qərb sahillərinin magistral şəbəkələrini birləşdirən qaz kəmərləridir. "Ətraf mühit üçün təhlükənin yaranacağı barədə edilən bəyanatlar isə əsassızdır", - deyə Əliyev bildirib.

Konfransın təşkilatçıları qismində Britaniyanın Confidence Energy şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir. İnformasiya dəstəyi Trend agentliyinə məxsusdur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti