...

"Ukrtransnafta"nın yeni rəhbərliyindən "Odessa-Brodı" boru kəmərinin aversinin vacibliyinə dərin anlayış gözlənilir

Energetika Materials 24 İyun 2009 15:39 (UTC +04:00)
"Ukrtransnafta"nın yeni rəhbərliyindən "Odessa-Brodı" boru kəmərinin aversinin vacibliyinə dərin anlayış gözlənilir

Bakı, Azərbaycan, 24 iyun / Trend , müxbir E.İsmayılova /

"Ukrtransnafta" dövlət şirkətinin rəhbərliyindəki dəyişikliklər "Odessa-Brodı" boru kəmərinin avers rejimində işləməsinin vacibliyini dərindən anlayan insanların idarəetməyə gəlişinə rəvac verəcək", - çərşənbə günü mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk deyib.

"Ukrtransnafta" ASC-nin müşahidə şurası bir müddət əvvəl müvəqqəti surətdə İqor Kiryuşini şirkətin idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırıb və bu işi Aleksandr Lazorkoya həvalə edib.

"Ümid edirəm ki, menecmentə kəmərin avers rejimində işləməsində nəinki siyasi, həm də iqtisadi cəhətdən maraqlı olan insanlar gələcək", - səfir bildirib.

"Odessa-Brodı" neft kəmərinin avers rejimində işləməsi onun tikinti layihəsi ilə nəzərdə tutulub. "Odessa-Brodı" neft nəqli layihəsi Ukrayna NEZ-inə neft tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı məqsədi ilə planlaşdırılıb. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatdırılıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1020 mm-dir. Neft kəməri və terminalın birinci növbədə gücü ildə 9-14 mln. ton təşkil edir. "Odessa-Brodı" neft kəmərindən Xəzər neftinin Avropaya nəqli üçün istifadə olunması planlaşdırılıb. Ukrayna boru kəmərinin tikildiyi vaxtdan iki il ərzində Xəzər neftinin onunla birbaşa istiqamətdə nəqlinə dair razılaşmaya uğursuz səy göstərib. Şirkətlər tərəfindən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü ilin iyununda boru kəmərinin Rusiya neftinin revers istiqamətində nəqli üçün istifadə olunmasına razılıq verib.

Neft kəməri tikildiyi vaxtdan revers istiqamətində istifadə olunur ki, bu da Rusiya neftinin Brodıdan Odessaya, daha sonra isə tankerlərlə Qara dəniz istiqamətində nəqlini nəzərdə tutur.

"Ukrtransnafta" ASC ("Nefteqaz Ukraina" MŞ strukturuna daxildir) ümumi uzunluğu 4569 km olan 18 neft kəməri, 51 neftötürücü stansiya (NS) və 1010 min kubmetr tutumu olan 11 rezervuar parkının da daxil olduğu Ukraynanın neft nəqli sisteminin operatorudur. NS-lərin işini ümumi gücü 356,9 min kVt olan elektrik mühərriklərinin 176 nasos aqreqatı təmin edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti