...

ARDNŞ Gürcüstanda neft məhsullarının satışı üzrə proqnozları açıqlayıb

Energetika Materials 29 İyul 2009 16:10 (UTC +04:00)
Bu ilin ikinci yarısında SOCAR Georgia Petrolium (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi) Gürcüstan bazarında 221 min ton Azərbaycan neft məhsullarının realizəsini planlaşdırır.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir E.İsmayılov /

Bu ilin ikinci yarısında SOCAR Georgia Petrolium (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi) Gürcüstan bazarında 221 min ton Azərbaycan neft məhsullarının realizəsini planlaşdırır. Bu barədə çərşənbə günü SOCAR Georgia Petrolium-dan deyilib. SOCAR Energy Georgia da ARDNŞ-nin törəmə şirkətidir.

Şirkətdən deyildiyi kimi, ilin ikinci yarısında Gürcüstan bazarında 120 min ton avtomobil benzininin, 83 min ton dizel yanacağının, 15 min ton aviasiya kerosininin və üç min ton mazutun reallaşdırılması planlaşdırılır. 

Bu ilin birinci yarısında SOCAR Georgia Petrolium Gürcüstan bazarında 197 min ton neft məhsulları satıb. Yanvar-iyun aylarında Gürcüstan bazarında 95 min ton benzin, 84 min ton dizel yanacağı, 15 min ton aviasiya kerosini və üç min ton mazut satılıb.

SOCAR Georgia Petrolium-dan deyildiyi kimi, ilin birinci yarısında şirkət ilin əvvəlində qoyulmuş təxminən 167 min ton təşkil edən planı artıqlaması ilə yerinə yetirib. Məhz bu səbəbdən bu il Gürcüstanın daxili bazarında planlaşdırılan 392 min tona qarşı 420 min ton neft məhsullarının reallaşacağı gözlənilir. "Lakin ilin birinci yarısında dizel yanacağı üzrə plan artıqlaması ilə yerinə yetirilib və bu il bazarda təxminən 420 min ton neft məhsullarının satılacağı gözlənilir", - şirkətdən deyilib.      

Beləliklə, ilkin proqnozlara əsasən, bu il Gürcüstan bazarında 217 min ton benzin, 139 min ton dizel yanacağı, 30 min ton aviasiya kerosini və 6 min ton mazut satılmalıdır.

SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədovun bir müddət öncə dediyi kimi, Azərbaycanın neft məhsulları Gürcüstan bazarının təxminən 50-60 faizini tutur. Azərbaycanın dizel yanacağı bazarın təxminən 60 faizini, benzin isə 52-55 faizini tutur.

ARDNŞ-nin tərkibinə daxil olan neft emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi yanvar-iyun aylarında təxminən 3 milyon ton olub. 2008-ci ildə Azərbaycan NEZ-lərində 7,35 milyon tona yaxın neft emal olunub.

Azərbaycanda cəmi iki NEZ var - bu Heydər Əliyev adına və Azneftyağ NEZ-ləridir. İki zavodun məcmu gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 7 milyon ton nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti