Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir A.Bədəlova /
Avropa Yenidənqurma və İnkişaf Bankı AZMECO şirkətinə (Azərbaycan metanol şirkəti) metanol istehsal edəcək zavodun inşasına 120 milyon dollar ayırmağa hazırdır. Bu barədə AYİB-in rəsmi saytında yer alan məlumatda deyilir.
Zavodun inşası üzrə layihənin ümumi dəyəri 300 milyon dollardır.
Layihənin AYİB-in Direktorlar Şurası tərəfindən bəyənilməsi 22 sentyabra gözlənilir.
AYİB-in məlumatında deyildiyi ikmi, maliyyələşmə iki tranşla həyata keçiriləcək: bankın vəsaitindən 90 milyon dollar 9 ilə, qalan 30 milyon dollar isə 10 ilə veriləcək.
Qaradağ rayonunda yerləşəcək, metanol istehsalı üzrə yeni zavodun gələn ilin üçüncü rübündə istifadəyə verilməsi planlaşdırılır. Zavodun inşasına 2007-ci ildə başlanılıb.
Birinci faza çərçiəsində metanol zavodunun istehsal gücü ildə 720 min ton təşkil edəcək. Azot gübrəsi istehsalını nəzərdə tutan kompleksin inşasının birinci faza çərçivəsində işlərin 2011-ci ildə tamamlanması planlaşdırılır. Zavodun inşasının ikinci fazası çərçivəsində təxminən 400 min ton azot gübrəsi istehsal etmək planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]