...

Avqust ayında Azərbaycanda neft koksunun istehsalı artıb

Energetika Materials 9 Sentyabr 2009 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

Yanvar-avqust aylarında ARDNŞ-nin tərkibinə daxil olan Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş "Azərneftyanacaq") tərəfindən təxminən 53,1 min ton neft koksu istehsal edilib. 2008-ci ilin analoji dövründə bu göstərici 123,4 min ton təşkil edib. Bu barədə ARDNŞ-dən bildirilib.

Avqust ayında ARDNŞ tərəfindən təxminən 15,2 min ton neft koksu istehsal edilib. Bu göstərici iyul ayında 12,3 min ton təşkil edib.

2008-ci ildə NEZ tərəfindən 168,93 min ton koks istehsal edilib. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.

2006-cı ildə 67,24 min ton neft koksu istehsal edilib. 2005-ci ildə müəssisədə neft koksu istehsal edilməyib. Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti