...

İranda enerji defisiti və zəngin ehtiyatlar – Trend News-un icmalçısı

Energetika Materials 13 Oktyabr 2009 19:36 (UTC +04:00)
2008-ci ildə İranın neft-qaz sektorunda xarici investisiyaların defisiti 22,5 milyard dolları ötüb. Hər il ölkənin neft və qaz sektoruna 24 milyard dollar sərmayə tələb olunur, BMT-nin məlumatlarına əsasən, 2008-ci ildə bu göstərici 1,5 milyard dolları ötməyib.

Bakı, Azərbaycan, 13 oktyabr / Trend /

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

2008-ci ildə İranın neft-qaz sektorunda xarici investisiyaların defisiti 22,5 milyard dolları ötüb. Hər il ölkənin neft və qaz sektoruna 24 milyard dollar sərmayə tələb olunur, BMT-nin məlumatlarına əsasən, 2008-ci ildə bu göstərici 1,5 milyard dolları ötməyib. 

İranın Özəlləşdirmə Komitəsinin direktoru Qulam Rza Kord Zengenenin fikrincə, yaxın 20 il ərzində İran neft-qaz sektoruna 1,3 trilyon dollar xarici investisiya cəlb etməlidir (ildə 65 milyard dollar).

BP-nin məlumatlarına əsasən, İranın təsdiqlənmiş neft ehtiyatları 2009-cu il yanvarın 1-nə 137,6 milyard barel təşkil edir. İranda İslam İnqilabına kimi (1979) ölkədə sutkalıq neft hasilatı altı milyon barel təşkil edirdi, hazırda bu göstərici 4,5 milyon bareli ötmür. Neft hasilatının azalmasının əsas səbəblərinə yenilənmiş neft-qaz infrastrukturunun olmaması, yeni investisiyaların defisiti, neftli qatlarda təzyiqin saxlanılması məqsədilə qatlara neftin təkrar doldurulması üçün qaz hasilatının kifayət etməyən həcmi və s. daxildir. İrana qatlara neftin təkrar doldurulması üçün sutkada 150 milyon kubmetr qaz lazımdır, lakin ölkənin cəmi 70 milyon kubmetr qazı var.

Analoji vəziyyət İranın qaz sektorunda da müşahidə olunur, BP-nin məlumatına əsasən, 2009-cu il yanvarın 1-nə təsdiqlənən ehtiyatlar 29,61 trilyon kubmetr təşkil edib.

NIOC şirkətinin direktoru və neft nazirinin müavini Seyfulla Caşnsazın sözlərinə əsasən, "Cənub Pars" böyük qaz layihəsinin işlənib hazırlanmasına 30 milyard dollar yatırılıb, yatağın sonrakı inkişafına isə daha 40 milyard dollar lazımdır. Yatağın qaz ehtiyatları 14 trilyon kubmetr təşkil edir.

Hazırda İranda surkada 500-520 milyon kubmetr qaz hasil olunur ki, bu da daxili bazarda yanacağın bu növünə olan daimi artan tələbatın ödənilməsinə ancaq çatır. İranda qaz balansı problemi qazın qeyri-rasional istifadəsi ilə qismən bağlıdır, misal üçün ölkə məşəllərində sutkada yandırılan qaz 44 milyon kubmetr təşkil edir. Türkiyə isə bu göstərici sutkalıq istehlak həcmidir.

İranın "Sərmayə" iqtisadi qəzetinin məlumatına əsasən, İran Prezidenti Əhmədinejadın hakimiyyətinin birinci dövrü ərzində ölkənin neft-qaz sektoruna investisiyaların həcmi 64 faiz azalıb və illik 4,2 milyard dollardan 1,5 milyard dollara kimi düşüb.

Xəbər lenti

Xəbər lenti