...

Azərbaycanın Gürcüstandakı neft terminalı Ukrayna gəmisinin Qara dənizin dibindən qaldırılmasını davam etdirir

Energetika Materials 26 Oktyabr 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

Azərbaycanın Qara dəniz neft terminal Kulevi (Gürcüstan) Ukraynanın ötən il terminalın giriş kanalında batan "Skadovsk" gəmisinin bir hissəsini çıxarıb, bu barədə Kulevi terminalının sahibi olan ARDNŞ-in məlumatında deyilir.

Məlumtda deyildiyi kimi, kəsilmə və gəminin hissələrinin dənizin dibindən qaldırılması prosesi tədricən həyata keçirilir.

Gəminin kəsilməsi üzrə birinci mərhələnin başa çatdırılması bu ayın sonuna planlaşdırır, terminalın əvvəlki məlumatında deyilir.

Kulevi neft terminalı gəminin sahibləri işlərin keçirilməsindən imtina etdikdən sonra gəminin özbaşına qaldırılması üzrə işlərə başlayıb.

"Qara dəniz texniki donanma" şirkətinin "Skadovsk" gəmisi limana böyük tonajlı gəmilərin daxil olması üçün limanda dənizin dibinin dərinləşdirilməsi üzrə işlər həyata keçirib. Qəza neft terminalının fəaliyyətinə heç cür təsir etməyib. Limana gəmilərin daxil olması üçün heç bir maneə yoxdur.

Ötən il sentyabr 30-da fırtına (6-7ballıq fırtına) nəticəsində "Skadovsk"da dəlik əmələ gəlib. Sonra Ukraynadan mütəxəssislər gələrək, yedəkləmə yolu ilə gəmini dayaz yerdən çıxarmağa qərar veriblər. Yedəkləmə işlərinin aparılması nəticəsində gəmi çevrilib. Bu barədə mənbədən daha öncə bildirilib.

Qəza zamanı gəminin kapitanı və iki ekipaj üzvü həlak olub. Ölənlərin cəsədlərinin axtarışı bir neçə gün davam edib. Gəminin göyərtəsində olan 31 nəfərdən 28-i xilas edilib.

Xəbər lenti

Xəbər lenti