Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" dəniz yatağının dayaz hissəsindəki qaz quyusunu təmirdən sonra istismara verib. Bu barədə ARDNŞ-dan çərşənbə axşamı yayılan məlumatda deyilir.
Quyunun sutkalıq debeti 150 min kubmetr qaz təşkil edir. Qaz 2225-2267 metr dərinlikdən hasil edilir.
Quyu "28 May" Neft-Qaz Çıxarma İdarəsi tərəfindən 2007-ci ili mayından istismar edilir. İndiyə qədər quyudan 393 milyon kubmetr qaz və 11,1 min ton qaz-kondensat hasil edilib.
"Günəşli" (onun dayaz hissəsi) ARDNŞ-nin sərbəst işlətdiyi ən böyük neft-qaz yatağıdır. ARDNŞ tərəfindən hasil edilən neftin 60 faizi və qazın 70 faizi bu yatağın payına düşür. Yataq ARDNŞ-nin "28 May" NQÇİ-nin balansında yerləşir.
Yeni quyuların qazılması "28 May" NQÇİ-nin yeni proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının sabitləşdirilməsi və təbii qazın hasilat həcminin artırılması planlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]