...

Noyabrın 4-də Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 5 Noyabr 2009 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir E.İsmayılov /

Noyabrın 4-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $80,15 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $2,51 /barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də $79,11 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $2,36 /barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 4-də $76,82 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $2,47 /barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti noyabrın 4-də $78,3 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $2,53 /barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti