...

Azərbaycanda qaz hasilatı artıb

Energetika Materials 16 Noyabr 2009 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend /

Azərbaycanda yanvar-oktyabr aylarında 42,2 milyon tona yaxın neft və kondensat hasil edilib ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən 12,1 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-oktyabr aylarında əsas neft hasilatı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan və "Şahdəniz" qaz-kondensat yatağından 35,2 milyon ton neft və qaz-kondensat çıxaran Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.

Yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 19,3 milyard kubmetrdən artıq olub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. AÇG (səmt qazı) və "Şahdəniz" yatağının payına 8,2 milyard kubmetr qaz düşüb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 14,6 faiz çoxdur.

2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 14,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Xəbər lenti

Xəbər lenti