...

2010-cu ildə Azərbaycanda "Şahdəniz" yatağında qaz hasilatı artacaq

Energetika Materials 25 Yanvar 2010 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Əliyev/

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2010-cu ildə "Şahdəniz" qaz-kondensat yatağından 7,84 milyard kubmetr qaz hasil ediləcək, əvvəlcə bu il 7,2 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılmışdı. Bu barədə neft-qaz bazarındakı mənbə deyib.

Gələn il yataqda yeni quyunun qazılması nəzərdə tutulur ki, bu da hasilatın artmasına gətirib çıxaracaq. Hazırda yataqda hasilat sutkada 22 milyon kubmetrdən artıq təşkil edir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yeni hasilat quyusunun istismara verilməsi 2010-cu ilin payız aylarına nəzərdə tutulub.

Yataqda ən yüksək hasilat 8,6-9 milyard kubmetr həcmində proqnozlaşdırılıb, bu il bu göstəriciyə çatmaq nəzərdə tutulur.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir, layihə çərçivəsində bir hissəsini isə Azərbaycan əldə edir.

Yatağın ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz olaraq qiymətləndirilir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti