...

ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə neft nəqlinə hazırlaşır

Energetika Materials 28 Yanvar 2010 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fevralda "Bakı-Novorossiysk" boru kəməri ilə 160 min ton Azərbaycan nefti nəql etməyi planlaşdırır. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbə məlumat verib.

"Bakı-Novorossiysk" kəməri ilə fevralda 160 min ton neft nəql etmək planlaşdırılır", - mənbə deyib.

Onun sözlərinə görə, şimal istiqamətində neft nəqli fevralın 26-da başa çatmalıdır. Bu zaman ayın ikinci yarısında planlaşdırılmış texniki işlərin həyata keçirilməsi üçün bu kəmərilə neft nəqli 72 saat ərzində dayandırılacaq.

"Bakı-Novorossiysk" neft kəməri ilə yanvarda 130 min ton neft nəql edilib", - mənbə bildirib.

Proqnozlara əsasən, 2009-cu ildəki 2,5 milyon tona nisbətdə 2010-cu ildə "Bakı-Novorossiysk" neft kəməri ilə Azərbaycan 2,4 milyon ton neft nəql edəcək. 2008-ci ildə bu göstərici 1,2 milyon ton təşkil edib.

ARDNŞ öz yataqlarından hasil edilən nefti, həmçinin Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisələrin və əməliyyat şirkətlərinin neftini bu kəmər vasitəsi ilə nəql edir.

"Bakı-Novorossiysk" boru kəməri ilə neft nəqli zamanı ARDNŞ çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir.

Xəbər lenti

Xəbər lenti