...

ABŞ bankı neftin qiymətləri üzrə proqnozlarını artırıb

Energetika Materials 1 Fevral 2010 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir A.Bədəlova/

Dünyanın ən iri banklarından olan Birləşmiş Ştatların JP Morgan bankı ABŞ-ın WTI markalı yüngül neftinin orta qiymətini əvvəllər proqnozlaşdırdığı $68,75/barelə nisbətən $78,25/barel səviyyəsində proqnozlaşdırıb.

Bankın energetika bazarı üzrə analitiklərinin aylıq məruzəsində deyildiyi kimi, bu il ərzində WTI markalı yüngül neftin ən yüksək qiyməti ilin dördüncü rübündə müşahidə olunacaq - $85/barel. Bu ilin birinci rübündə həmin markalı neftin qiyməti $72/barel, ikinci rübdə $76/barel, üçüncü rübdə isə $80/barel təşkil edəcək.

ABŞ bankı analitiklərinin proqnozlarına görə, 2010-cu ildə Brent markalı neftin orta qiyməti $78,25/barel təşkil edəcək.

Analitiklərin proqnozlarına görə, 2011-ci ildə WTI və Brent markalı neftin qiymətinin $90/barel səviyyəsində olacaq. Analitiklər növbəti ilin dördüncü rübündə qiymətin $95/barelə çatacağını proqnozlaşdırırlar.

Ötən həftə neftin qiymətinin orta aylıq səviyyəsi minimum səviyyəyə enib. Sövdələşmələrin yekununa görə, yanvarın 29-da Nyu York Əmtəə Birjasında (NYMEX) alqı-satqının yekunu üzrə ABŞ-ın WTI yüngül neftinə dair mart fyuçers müqaviləsinin qiyməti 0,75 dollar azalaraq $72,89/barelə çatıb. London birjasında Brent markalı neft üzrə mart fyuçers müqaviləsinin qiyməti 0,67 dollar azalaraq $71,46/barel olub.

Xəbər lenti

Xəbər lenti