...

Bakıda elektrik enerjisi nəqlindəki fasilələr generasiya obyektləri ilə bağlıdır

Energetika Materials 5 Fevral 2010 15:04 (UTC +04:00)
Hazırda elektrik enerjisinin verilməsindəki fasilələr Bakının bütün rayonlarını əhatə edir. Enerji fasilələrlə verilir və söndürülür.
Bakıda elektrik enerjisi nəqlindəki fasilələr generasiya obyektləri ilə bağlıdır

Azərbaycan, Bakı, 5 fevral / Trend /

Hazırda elektrik enerjisinin verilməsindəki fasilələr Bakının bütün rayonlarını əhatə edir. Enerji fasilələrlə verilir və söndürülür.

Energetiklərin qeyd etdiyi kimi, problemlər generasiya stansiyalarından enerji verilişindəki fasilələr səbəbindən yaranır.

Problemlər Xətai, Binəqədi, Nəsimi, Əzizbəyov və Bakının digər rayonlarında müşahidə olunur.

"Bakıya elektrik enerjisinin verilişindəki fasilələr, əsasən, yerli xətlərin qırılması ilə əlaqəli deyil. Əsas problem paytaxtdakı elektrik stansiyalarından enerjinin verilməsindədir",- mənbələr bildiriblər.

Xəbər lenti

Xəbər lenti