...

Şirvan Operating Company Limited Azərbaycanda Mədən Sənayesində Səffaflıq Təşəbbüsünə qoşulub

Energetika Materials 16 Mart 2010 20:14 (UTC +04:00)
Şirvan Operating Company Limited şirkəti Azərbaycanda Mədən Sənayesində Səffaflıq Təşəbbüsü (EITI) ilə əlaqədar memoranduma qoşulmaq haqqında aktı imzalayıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Şirvan Operating Company Limited Azərbaycanda Mədən Sənayesində Səffaflıq Təşəbbüsünə qoşulub

Azərbaycan, Bakı, 16 mart / Trend /

Şirvan Operating Company Limited şirkəti Azərbaycanda Mədən Sənayesində Səffaflıq Təşəbbüsü (EITI) ilə əlaqədar memoranduma qoşulmaq haqqında aktı imzalayıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Qoşulma haqqında aktı imzalamaqla Şirvan Operating Company Limited digər şirkətlər kimi 2009-cu ili əhatə edən 12-ci hesabat dövrü çərçivəsində ölkə hökumətinə ödənişləri ilə bağlı hesabat təqdim edəcək.

Bundan əvvəl EITI çərçivəsində çoxtərəfli qrupun iclasında 2009-cu ilin yekunları üzrə 12-ci hesabatın hazırlanması üçün Moore Stephens beynəlxalq auditor şirkətinin namizədliyi bəyənilib. Auditorun neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlərə müraciətindən sonra onlar köçürmələr haqqında hesabatları təqdim etməlidirlər, auditor isə öz növbəsində şirkətlərin hesabatları ilə Azərbaycan hökumətinin daxilolmalara dair hesabatını tutuşduracaq.

Memorandum 2004-cü il noyabrın 24-də EITI-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, LUKoil, Chevron, Shell, Devon Energy kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan memoranduma daha altı şirkət - Inpex Azərbaycan, Binəqədi Oyl, RAFI Oil, NICO, Absheron Investments Ltd və GDF SUEZ Exploration Caspian B.V., Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Azerbaijan International Mining Company, həmçinin, Neftçala Operating Company Ltd. qoşulub.

Xəbər lenti

Xəbər lenti