ABŞ Türkmənistanı tezlikıə Aİ-yə qaz ixracına sövq edir - Trend-in şərhçisi

Energetika Materials 17 Aprel 2010 11:19 (UTC +04:00)
Bu həftə Türkmənistanın paytaxtında keçirilən birinci beynəlxalq qaz konqresi nəql marşrutlarının diversifikasiyası məsələsinin həm Avropa İttifaqı, həm də ABŞ üçün aktual olduğunu nümayiş etdirib. Tədbirdə Aİ, ABŞ Dövlət Departamenti, BEA nümayəndələri iştirak ediblər.
ABŞ Türkmənistanı tezlikıə Aİ-yə qaz ixracına sövq edir - Trend-in şərhçisi

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Bədəlova/

Bu həftə Türkmənistanın paytaxtında keçirilən birinci beynəlxalq qaz konqresi nəql marşrutlarının diversifikasiyası məsələsinin həm Avropa İttifaqı, həm də ABŞ üçün aktual olduğunu nümayiş etdirib. Tədbirdə Aİ, ABŞ Dövlət Departamenti, BEA nümayəndələri iştirak ediblər.

ABŞ və Aİ-nin yüksəkvəzifəli şəxsləri öz çıxışlarında Cənub qaz dəhlizinin tezliklə açılmasının əhəmiyyətini qeyd ediblər. Bu, Avropaya qaz nəqli marşrutlarının və mənbələrinin diversifikasiyasına imkan yaradacaq. Cənub dəhlizi çərçivəsində Aİ üçün ən prioritet olan "Nabucco" qaz kəməri layihəsidir. Bu kəmər qazın Xəzər regionundan və Yaxın Şərqdən Avropa ölkələrinə nəqlini nəzərdə tutur.

Böyük qaz ehtiyatlarına malik Türkmənistana bu layihə üçün əsas qaz təchizatlarından biri kimi baxılır. Bundan əlavə, "Nabucco" layihəsinin birinci mərhələsinin Türkmənistan qazının qoşulmasını nəzərdə tutmadığı barədə əvvəlki bəyanata baxmayaraq, hazırda bu ölkə olmadan layihənin reallaşması mümkün deyil. Layihəyə, əsasən də Türkmənistanın roluna yönəldilən diqqətdə məqsəd ölkəni nəql üzrə qərarların tezliklə qəbul olunmasına sövq etmək və bununla da qaz kəməri layihəsinin reallaşması prosesini sürətləndirməkdir. Bu qaz kəmərinin inşası 2011-ci ildə nəzərdə tutulub.

"Prezident Qurbanqulı Berdıməhəmmədov Türkmənistanın öz ixrac marşrutlarının diversifikasiyası üzrə səyləri çərçivəsində Avropa üçün qaz verilməsi haqqında müsbət çıxış edib. Son qərarın, təbii ki, Türkmənistan hökuməti tərəfindən qəbul olunacağına baxmayaraq, biz bu ölkənin iştirakını alqışlayardıq", - Aşqabadda konqres zamanı ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi səfirinin baş müşaviri Deniel Ştayn bildirib. O həmçinin ABŞ-ın Cənub dəhlizinin açılışını dəstəklədiyini və Avropaya qaz nəqli mənbələrinin və marşrutlarılnın diversifikasiyası üçün onun strateji əhəmiyyətini bildirib.

Konqresdə çıxış edən energetika üzrə Avropa komissarı bildirib ki, Avropa Komissiyası Türkmənistana öz enerji resurslarının Aİ-yə ixracı üçün təhlükəsiz və stabil mühit təqdim edəcək.

Hazırda "Nabucco" üzrə mühüm məsələlər açıq qalır. Bura maliyyələşdirmə və boru kəmərinin doldurulması üçün lazımi həcmin təmin olunması da daxildir. Qaz kəmərinin maksimum buraxılış qabiliyyəti ildə 31milyard kubmetr təşkil edir. Bununla belə, layihə iştirakçıları bildirirlər ki, yuxarıda sadalalan məsələlər daxil olmaqla, bütün mühüm qərarlar bu il qəbul olunacaq.

Tezliklə Aİ və Türkmənistan arasında ildə 10 milyard kubmetr qazın nəqlinə dair müqavilənin imzalanması gözlənilir. Bu, "Nabucco"nun reallaşması yolunda irəliyə doğru mühüm addım olacaq. Bu, "Nabucco" layihəsi çərçivəsində qazın uzunmüddətli nəqlinə dair ilk müqavilə olacaq.

Türkmənstanın sübuta yetirilmiş qaz ehtiyatları 7,94 trilyon kubmetr (BP-nin 2009-cu ilin əvvəlinə olan məlumatına görə) təşkil edir. Ölkə dəfələrlə öz qazının ixrac istiqamətlərinin diversifikasiyası siyasətinə tərəfdar olduğunu və Avropa bazarını ölkə üçün prioritet hesab etdiyini bildirib.

Türkmənistan qazının Avropa bazarına fəal irəliləməsi ilə Almaniyanın RWE
şirkəti məşğul olur. Şirkət "Nabucco" layihəsinin altı səhmdarından biridir və ötən il Xəzərin Türkmənistan sektorunda geoloji kəşfiyyat üçün lisenziya alıb. Fransanın GDF Suez. şirkəti də Türkmənistan qazının Avropa bazarına çatdırılmasına yardım göstərəcəyini bəyan edib. Amerikanın "ChevronTexaco" korporasiyası konqres zamanı neft və qazın kəşfiyyatı, hasilatı, onların emalı və nəqli sahəsində, həmçinin, Xəzərin dəniz şelfindəki işlərlə bağlı təcrübəsini və xidmətlərini təklif etməyə hazır olduğunu bildirib.

Bununla yanaşı, Türkmənistan qazının Avropaya hansı yolla çatdırılacağı məsələsi indiyədək açıq qalır. Bundan ötrü yeganə variant Transxəzər qaz kəməridir. Bu kəmər Xəzərin dibi ilə Türkmənistan və Azərbaycan arasından keçəcək. Hazırda Xəzər dənizinin statusu məsələsinin həll olunmaması ilə əlaqədar onun inşası dayanıb.

Xəbər lenti

Xəbər lenti