...

"Azərikimya" İB üçün ekoloji tədbirlər planı hazırlanır

Energetika Materials 22 May 2010 13:45 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) ekologiya idarəsi tullantıların azaldılması və "Azərikimya" İstehsalat Birliyinin tullantılarının utilizasiyası üzrə yeni sistemin yaradılması barədə tədbirlər planı hazırlayır, - İstehsalat Birliyinin müdiri Muxtar Babayev bu barədə məlumat verib. "Azərikimya" Dövlət Şirkəti İstehsalat Birliyi kimi ARDNŞ-in tabeliyinə verilib.

Аzərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) ekologiya idarəsi tullantıların azaldılması və "Azərikimya" İstehsalat Birliyinin tullantılarının utilizasiyası üzrə yeni sistemin yaradılması barədə tədbirlər planı hazırlayır, - İstehsalat Birliyinin müdiri Muxtar Babayev bu barədə məlumat verib. "Azərikimya" Dövlət Şirkəti İstehsalat Birliyi kimi ARDNŞ-in tabeliyinə verilib.

"Ekologiya ilində biz tullantıların atmosfer və ətraf mühitə atılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik. ARDNŞ-in ekologiya idarəsinin təşəbbüsü ilə "Azərikimya" İB-nin tullantılarının azaldılması və utilizasiyası üzrə yeni sistemin yaradılması barədə böyük tədbirlər planı hazırlanır", - Babayev bildirib.

Babayevin sözlərinə görə, İB-in balansında kifayət qədər zərərli istehsal sahələri var və əgər istehsal edilən kimyəvi məhsulların tullantılarını azaltmaq mümkün olmasa, əhalinin sağlamlığını qorumaq məqsədilə bu sahələrin bağlanması imkanı istisna edilmir.

İB, həmçinin, mövcud kadr potensialını, yəni "Azərikimya"nın balansında olan işçi ehtiyatını saxlamağı planlaşdırır.

"Biz işçiləri ixtisara salmaq niyyətində deyilik və çalışırıq, onları təhlükəsiz işlə təmin edək", - Babayev deyib.

Onun sözlərinə görə, İB-in sahələrinə gənc mütəxəssislərin iş üçün cəlb olunmaları da nəzərdə tutulur. Buna görə də "Azərikimya"ya gənc kadrlar axınını təmin etmək məqsədilə, qısa müddət ərzində kimya sahəsinin nüfuzunu yüksəltmək planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti