...

ARDNŞ yanvar-may aylarında 60 min metrə yaxın qazma işləri aparıb

Energetika Materials 18 İyun 2010 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend /

Cari ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 59 min metrə yaxın qazma işləri həyata keçirib. 2009-cu ilin yanvar-may aylarında bu rəqəm 80 min metrə yaxın təşkil edib. Bu barədə ARDNŞ-dən məlumat verilib.

May ayında ARDNŞ 12750 metr həcmində qazma işləri həyata keçirib. Ötən ilin analoji dövründə bu rəqəm 14968 metr təşkil edib.

Ötən il ARDNŞ 2008-ci ildəki 203 min metrə qarşı 168,2 metr qazma işləri həyata keçirib. 2007-ci ildə bu göstərici 190376 metr olub.

Xəbər lenti

Xəbər lenti