...

Azərbaycanda polietilen istehsalı xeyli artıb

Energetika Materials 14 İyul 2010 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Yanvar-iyunda ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi 29,1 min ton polietilen istehsal edib ki, bu da 2009-cu ilin müvafiq dövr göstəricisindən 96 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

İB-nin istehsal etdiyi kimyəvi məhsulların bütün əsas növləri üzrə yanvar-mayda xeyli artım müşahidə edilib. Azalma tiosulfat turşusunun istehsalında müşahidə olunub.

Yanvar-iyunda kimyəvi məhsulların əsas növləri üzrə istehsalı:

Məhsul

Yanvar-iyun, 2010-cu il

2009-cu ilin yanvar-iyun ilə müqayisədə (%)

Azot (mln. kubm.)

5,8

94,5

Polietilen (min t)

29,1

195,9

Propilen (min t)

11,4

141,8

İzopirə edilmiş spirt (min t)

7,9

156,2

Lak-boya məhsulları (min t)

1073,2

131,5

Tiosulfat turşusu (min t)

2,6

29,9

Ölkədə kimyəvi xammal məhsulunun artımı ilə yanaşı, plasmas və rezin məhsullarının istehsalı da müşahidə olunur. Yanvar-iyunda ölkədə 2,8 min tondan çox polietilen boru, lülə, şlanq istehsal edilib. Bu isə ötən ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2,4 dəfə çoxdur. Respublikada 135 ton məsaməli poliuretan plastin və şırımlar da istehsal olunub ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 18,2 faiz azdır.

Bundan başqa, plastik boşqabların istehsalında artım müşahidə edilib. Yanvar-iyunda ümumilikdə məhsulun bu növü üzrə 15,5 ton istehsal olunub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,3 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti