...

"Bakıelektrikşəbəkə" SC Bakı şəhərinin paylayıcı elektrik şəbəkələrini təkmilləşdirir

Energetika Materials 20 Oktyabr 2010 14:34 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" SC-nin (Bakıda elektrik enerjisinin paylanması) paylayıcı elektrik şəbəkələrinin gücü 4808 meqavoltamper təşkil edir ki, bu da 2006-cı ildəki göstəricidən 53 faiz çoxdur.
"Bakıelektrikşəbəkə" SC Bakı şəhərinin paylayıcı elektrik şəbəkələrini təkmilləşdirir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" SC-nin (Bakıda elektrik enerjisinin paylanması) paylayıcı elektrik şəbəkələrinin gücü 4808 meqavoltamper təşkil edir ki, bu da 2006-cı ildəki göstəricidən 53 faiz çoxdur. Bu barədə SC-nin rəhbəri Baba Rzayev deyib.

Çərşənbə günü Rzayevin "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində qeyd olunduğu kimi, bu ilin yanvar-sentyabr aylarında paylayıcı elektrik şəbəkələrinin əsaslı yenilənməsi, onun infrastrukturunun müasir standartlara cavab verən səviyyəyə çatdırılması üzrə işlər aparılıb. Xüsusilə də Bakının mərkəzi hissəsi və dövlət əhəmiyyətli obyektlərin enerji təminatında böyük rol oynayan "Badamdar" yarımstansiyasının bərpası üzrə işlər aparılır. Stansiyada artıq daha güclü transformatorlar istehsal olunub.

Rzayevin sözlərinə görə, həmçinin "Müşfiq", "Dağlıq" yarımstansiyalarında bərpa işləri aparılır. Bakının Binəqədi və Qaradağ rayonlarında "Binəqədi" və "Dərnəgül-2" yarımstansiyalarında gərginliyi azaltmaq məqsədilə "Xocəsən" yarımstansiyası tikilib.

Paytaxtın böyük hissəsini elektrik enerjisi ilə təmin edən 227 saylı yarımstansiya tamamilə bərpa olunub. Yarımstansiya bərpa zamanı elektrik avadanlığının yeni növü ilə təchiz edilib.

110 kilovoltluq yarımstansiyalar - "YBNZ-1", "YBNZ-2", "Günəşli", "Bakıxanov", "Radiozavod", "Həzi Aslanov", "MKZ"-də əsaslı təmir və profilaktik işlər aparılıb.

SC rəhbərinin sözlərinə görə, qeyd olunan müddətdə müəssisənin fəaliyyəti bərpa olunub və hər biri 110 kilovolt gücə malik doqquz yarımstansiya istismara verilib.

Paytaxtda ötən illərlə müqayisədə elektrik enerjisi istehlakçılarının alış səviyyəsinin aşağı düşməsinə baxmayaraq, 2010-cu ilin yanvar-sentyabr aylarında istifadə olunmuş elektrik enerjisinə görə ödənişlər 2009-cu ilə nisbətdə 19,6 milyon, 2008-ci illə müqayisədə isə 25 milyon artıb.

Həmçinin, aşağı gərginlikli şəbəkələrdə görülmüş işlər nəticəsində istehlakçıların elektrik enerjisinə görə ödənişi cari ilin yanvar-sentyabr aylarında 88,6 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,2 faiz çoxdur.

Həmçinin SC tərəfindən sərf olunan elektrik enerjisinin hesab prosesinin təkmilləşdirilməsi üzrə işlər aparılır. SC-nin apardığı işlər zamanı paytaxtda 598 405 yeni elektrik sayğacı quraşdırılıb. Rzayevin sözlərinə görə, induksiya tipli sayğacların elektron tiplə əvəz olunması ilə səmərəli elektrik enerjisinin verilməsində 10-12 faiz artım qeydə alınıb.

SC yeni texnologiyaların tətbiqi, istifadə olunan elektrik enerjisinə görə ödəniş prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi üzrə fəal işlər aparır. İstehlakçılar SC-nin rəsmi internet saytı vasitəsilə borclarının həcmini öyrənə bilərlər. SC-nin saytı istifadə olunmuş elektrik enerjisinə görə debet və kredit kartlarla gecə-gündüz ödənişlər etməyə imkan verən "Golden Pay" beynəlxalq ödəniş sisteminə qoşulub.

Bu il SC-nin əməkhaqqı fondu 18 milyon manat səviyyəsində, müəssisə üzrə orta əməkhaqqı isə 450 manat səviyyəsində planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti