...

İranda qaz emalı artıb

Energetika Materials 6 Noyabr 2010 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr/ Trend, müxbir Ə.Yusifzadə /

Bu ilin yeddi ayı ərzində (martın 21-dən başlayır) İranın qaz emalı zavodlarında 78,3 milyard kubmetr qaz emal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə beş faiz çoxdur. Bu barədə İranın milli qaz şirkətini qaz emalı bölməsinin rəhəbri Mehdi Cəmşidi bildirib. Bu barədə IRINN məlumat verib.

Onun sözlərinə görə, İranın 13 qaz emalı kompleksinin qaz emalı gücü sutkada 505 milyon kubmetr təşkil edir. Hazırda İranın Fəcr Cəm QEZ tərəfindənq az emalı sutkada 107-dən 115 milyon kubmetrədək artırılıb. Cəmçidinin sözlərinə görə, Cənubi Parsdakı dörd QEZda qaz emalı ümumilikdə sutkada 203 milyon kubmetr təşkil edir.

Parsian QEZ-da sutkada 84 milyon kubmetr, Xangiran QEZ-da 57 milyon kubmetr, Sarxun və Qəşmdə 16 milyon kubmetr, Bidbolyandda 24 milyon kubmetr, İlamda 6,8 milyon kubmetr təşkil edir.
Bu ilin yeddi ayı ərzində İranda maye qaz (LPG) istehsalı 735 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 45 fazi çoxdur.

Xəbər lenti

Xəbər lenti