Аzərbaycan, Bakı, 21 fevral /Trend/
Yanvarda Səngəçal elektrik stansiyası 135,8 milyon kilovatt-saat elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 1,8 milyon kilovatt-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-dən (Azərbaycanın regionlarında elektrik enerjisinin istehsalı və paylanması) verilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, 2010-cu il ərzində elektrik stansiyasında 2,7 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal edilib.
300 meqavatlıq Səngəçal elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Digər enerji obyektlərindən fərqli olaraq, bu stansiya yanacağın üç növü - mazut, qaz və dizellə işləyir. Stansiyanın istismara verilməsindən sonra Bakıda və Abşeron yarımadasında enerji təhlükəsizliyi xeyli möhkəmlənib.