...

2010-cu ildə Azərbaycan BP-nin operatorluğu altında olan layihələrdən 14,7 milyard dollar əldə edib

Energetika Materials 4 Mart 2011 15:08 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Böyük Britaniyanın BP şirkətinin operatorluq etdiyi neft-qaz layihələrindən 14,7 milyard dollar əldə edib. Bu göstərici 2009-cu ildə 11,7 milyard dollar olub.
2010-cu ildə Azərbaycan BP-nin operatorluğu altında olan layihələrdən 14,7 milyard dollar əldə edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

2010-cu ildə Azərbaycan Böyük Britaniyanın BP şirkətinin operatorluq etdiyi neft-qaz layihələrindən 14,7 milyard dollar əldə edib. Bu göstərici 2009-cu ildə 11,7 milyard dollar olub. Bu barədə şirkətin ötən ilin yekunları üzrə hesabatında deyilir.

Məlumata əsasən, ötən il BP-nin Azərbaycanda podratları və sifarişləri çərçivəsində xərcləri 1,03 milyard dollar təşkil edib. Bu göstərici 2009-cu ildə 982 milyon dollar olub.

Xüsusilə, 2010-cu ildə xırda və orta müəssisələrin (cəmi 221) podratlarına xərclər 149 milyon dollar, dövlət şirkətlərinə (41) 28 milyon dollar, yerli tərəfdaşa malik birgə müəssisələrə (20) 366 milyon dollar təşkil edib. Ötən il ölkə daxilində xarici podratçıların xərcləri 486 milyon dollar təşkil edib.

İl ərzində sosial məsuliyyət layihələri çərçivəsində olan layihələrə 4,77 milyon dollar xərclənib. Xüsusilə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində xərclər 0,95 milyon dollar, "Şahdəniz" 0,51 milyon dollar, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri üçün 2,03 milyon dollar təşkil edib. BP özünün sosial məsuliyyət layihələri çərçivəsində 1,28 milyon dollar xərcləyib.

Xəbər lenti

Xəbər lenti