...

ARDNŞ BƏƏ-dəki neft terminalını vaxtından əvvəl işə salacaq

Energetika Materials 12 Mart 2011 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Bədəlova/

Füceyrə (BƏƏ) limanında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ticarət bölməsi "SOCAR Trading" tərəfindən tikilən neft terminalı öz işinə 2011-ci ilin dördüncü rübündə başlayacaq. Onun ilkin gücü 115 min kubmetr olacaq.

Məlumatda bildirilir ki, Füceyrə terminalının tikintisi qabaqlayıcı templərlə həyata keçirilir. Şirkətin rəsmi saytında yerləşdirilən "SOCAR Trading"in məlumatında deyilir.

Ötən ilin mayında ARDNŞ və İsveçrədə yerləşən "Aurora Progress" ticarət evi neft məhsullarının saxlanması da daxil olmaqla, neft anbarlarının inkişafı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

ARDNŞ "SOCAR Trading" (İsveçrə) şirkəti ilə təmsil edib.

Gücü 645 min kubmetr olan bu terminalın tərkibinə 20 rezervuar daxildir və terminal benzin, nafta, orta distillat və digər neft məhsullarının daşınması imkanına malikdir.

Terminalın üçüncü tərəfə infrastrukturun gücünü təklif edən müstəqil operatoru SOCAR AURORA olacaq.

Xəbər lenti

Xəbər lenti