...

Azərbaycan neftinin qiymətləri martın 31-də artıb

Energetika Materials 1 Aprel 2011 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel/Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 31-də 121,08 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 1,86 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 31-də 120,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 31-də 111,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 31-də 116,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti