...

Ceyhan neft terminalından 1,2 milyard barelə yaxın neft yüklənib

Energetika Materials 2 May 2011 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.İsmayılova/

2006-cı il iyunun 2-dən indiyədək BOTAŞ International Limited (BIL) tərəfindən Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə gələn 1,179 milyard barel neft yüklənib. Bu göstərici aprelin 1-nə olan məlumata görə, 1,156 milyard barel olub. Trend-in məlumatına görə, bu barədə BIL-in internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL əvvəlcədən Türkiyə Dövlət Boru Kəməri Şirkəti - BOTAŞ tərəfindən xarici şirkətlərlə əlaqələrin qurulması üçün yaradılmışdı. 2001-ci ildə BIL BTC-nin istismarı məqsədilə yenidən qurulub.

Məlumatda deyildiyinə görə, bu dövrdə Ceyhan neft terminalında 1514 tankerin yükü boşaldılıb. Aprelin 1-nə olan məlumata görə, bu göstərici 1483 tanker təşkil edib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" (8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti