...

ABŞ birinci rübdə Azərbaycan neftinin idxalını azaldıb

Energetika Materials 28 May 2011 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-martında ABŞ Azərbaycandan 2,6 milyon barelə yaxın neft idxal edib. Bu göstərici yanvar-mart aylarında 2,95 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında deyilir.

Martda ABŞ 540 min barel Azərbaycan nefti idxal edib. Bu göstərici ötən ilin martında 499 min barel olub.

2010-cu ildə ABŞ Azərbaycandan 20,22 milyon barel neft idxal edib. 2009-cu ildə bu göstərici 27,5 2 milyon barel olub.

2008-ci ildə bu rəqəm 26,8 milyon barel neft olub. 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu, nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan nəql edilir.

Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Batumi Qara dəniz limanına və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Xəbər lenti

Xəbər lenti