...

Azərbaycanda günəş batareyaları istehsal edən ilk zavodun tikintisi başa çatır

Energetika Materials 5 Sentyabr 2011 12:13 (UTC +04:00)
İlin sonunadək Sumqayıt şəhərində günəş batareyaları istehsal edən yeni zavodun tikintisi başa çatacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.
Azərbaycanda günəş batareyaları istehsal edən ilk zavodun tikintisi başa çatır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend,müxbir E.İsmayılov/

İlin sonunadək Sumqayıt şəhərində günəş batareyaları istehsal edən yeni zavodun tikintisi başa çatacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda yeni müəssisədə tikinti və avadanlıqların quraşdırılması işləri davam edir, məhsulların buraxılışına isə artıq ilin sonunda başlanıla bilər.

Zavod günəş panelləri ilə yanaşı enerjiyə qənaət edən LED lampaları da buraxacaq.

Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Onu Alternativ Eneji Mənbələri üzrə Agentliyin dəstəyi ilə "Azgüntex" şirkəti tikir.

Zavodda quraşdırılan avadanlıqlar Almaniyada istehsal olunub, qiymətlər Çin istehsalçılarının təklif etikləri məhsulların dəyərinə uyğun gəlir.

Müəssisənin illik istehsal gücü 100 mindən çox fotoelektrik modulu vahidi (ümumi gücü 25 meqavatt), eləcə də 1 milyona yaxın enerjiyə qənaət edən müxtəlif lampalardır.

Xəbər lenti

Xəbər lenti