...

ARDNŞ yay məktəbi iştirakçılarını neft-qaz sənayesi ilə tanış edib

Energetika Materials 14 Sentyabr 2011 19:33 (UTC +04:00)
ARDNŞ tərəfindən təşkil olunmuş yay məktəbi iştirakçılarının Azərbaycanın neft-qaz sənayesi ilə tanış olması onların xüsusilə də ARDNŞ-nin özündə işlə təmininə kömək edəcək.
ARDNŞ yay məktəbi iştirakçılarını neft-qaz sənayesi ilə tanış edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Rspublikası Dövlət Neft Şirkəti) tərəfindən təşkil olunmuş yay məktəbi iştirakçılarının Azərbaycanın neft-qaz sənayesi ilə tanış olması onların xüsusilə də ARDNŞ-nin özündə işlə təmininə kömək edəcək. Trend-in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev çərşənbə günü yay məktəbinin iştirakçıları ilə görüşdə deyib.

Onun sözlərinə görə, yay məktəbi zamanı iştirakçılar ARDNŞ-nin vitse-prezidentləri ilə, ixtisaslı mütəxəssislərlə görüşərək onlardan neft-qaz prosesləri, layihələri və ümumilikdə ölkənin neft-qaz sənayesi ilə bağlı məlumatlar alıblar.

"Bu, sizin xüsusilə ARDNŞ-da işlə təmin olunmağınıza kömək edəcək", - Abdullayev deyib.

Azərbaycan iqtisadiyyatının energetika sektorunda olan dinamik artım yeni gənc kadrlara böyük ehtiyac meydana gətirib. Bunu nəzərə alaraq ARDNŞ ötən ildən etibarən yay məktəblərinin təşkilinə başlayıb.

Məktəblərin əsas məqsədi azərbaycanlı gənclərin, tələbələrin, eləcə də xaricdə, o cümlədən ARDNŞ hesabına təhsil alanların yay istirahətinin və təhsilinin təşkilidir.

İştirakçılar energetika sektorunun bütün sahələri, o cümlədən neft-qaz yataqlarının geologiya və geofizikası, quyuların qazılması, neft və qaz hasilatıı və nəqli, neft və qaz emalı və neft-kimya, ekoloji normalar və alternativ enerji mənbələri, neft və qaz hasilatı iqtisadiyyatı və emal sənayesi, neft və neft məhsullarının satışına dair məlumatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti