...

"Yenikənd" SES 3,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

Energetika Materials 28 Sentyabr 2011 18:22 (UTC +04:00)
İstifadəyə verildiyi vaxtdan bu günə kimi (11 il ərzində) "Yenikənd" su elektrik stansiyasında (SES) 3,78 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
"Yenikənd" SES 3,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

İstifadəyə verildiyi vaxtdan bu günə kimi (11 il ərzində) "Yenikənd" su elektrik stansiyasında (SES) 3,78 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Yenikənd" SES 2000-ci ildə istifadəyə verilib. O zaman hər birinin gücü 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cü ildə dördüncü hidroaqreqat işə qoşulmaqla müəssisənin gücü 150 MVt-yə çatdırılıb.

Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən "Yenikənd" SES "Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi"nə daxildir.

Xəbər lenti

Xəbər lenti