...

Azərbaycan neftinin qiymətləri dekabrın 21-də artıb

Energetika Materials 22 Dekabr 2011 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 111,25 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 0,1 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 110,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 21-də 104,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 21-də 108,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti