Azərbaycan, Bakı, 6 yanvar /Trend/
ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tarif (vəzifə) maaşları 10 faiz artırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, ARDNŞ-də əməkhaqları Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əmr-qərarı əsasında 2012-ci ilin yanvarın 1-dən artırılıb.
Qərar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin tarif (vəzifə) maaşlarının dekabrın 1-dən artırılması nəzərə alınmaqla və ARDNŞ əməkçilərinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilib.