...

Azərbaycan türkmən qazının Avropaya tranzitinin şərtlərinə baxacaq

Energetika Materials 4 Aprel 2012 12:41 (UTC +04:00)
Avropa İttifaqı və Türkmənistan Transxəzər qaz kəməri layihəsi üzrə razılığa gəldikdən sonra Azərbaycan tərəfi öz ərazisindən qazın tranzitinin təmin olunması imkanlarına baxa bilər.
Azərbaycan türkmən qazının Avropaya tranzitinin şərtlərinə baxacaq

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir E.İsmayılov /

Avropa İttifaqı və Türkmənistan Transxəzər qaz kəməri layihəsi üzrə razılığa gəldikdən sonra Azərbaycan tərəfi öz ərazisindən qazın tranzitinin təmin olunması imkanlarına baxa bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Azərbaycan Avropa İttifaqı və Türkmənistanın həyata keçirdiyi bu layihənin iştirakçısı deyil. Yalnız tərəflər arasında hansısa razılaşma əldə olunduqdan sonra Bakı tranzitin təmin olunması imkanlarına və variantlarına baxa bilər", - Abdullayev bildirib.

Ötən ilin sentyabrında Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti