...

Azərbaycanda havaların istiləşməsi ilə əlaqədar qaza tələbat xeyli azalıb

Energetika Materials 5 Aprel 2012 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov /

Aprelin 5-nə olan məlumata görə, Azərbaycanda istehlakçılara satılan qazın gündəlik həcmi 14,3 milyon kubmetr təşkil edir. Ölkədə kəskin hava şəraitinin hökm sürdüyü fevral ayında bu rəqəm 26 milyon kubmetr təşkil edib.Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

İstehlakçılara verilən gündəlik qazın həcmindən 9,2 milyon kubmetr Bakının payına düşür.

"Müvafiq olarq, bu gün ölkənin digər regionlarındakı istehlakçılara 5,1 milyon kubmetr qaz verilir", - İB-dən deyiblər.

"Azəriqaz"dan bildiriblər ki, verilən həcmdə qaz istehlakçıların tələbatını tam ödəyir.

Xəbər lenti

Xəbər lenti