...

Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 6 Aprel 2012 17:55 (UTC +04:00)
Azərbaycanın Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-dən cümə günü Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 7 aprel 2012-ci il tarixdə gün ərzində "Qazıməmməd-Qazax" (I xətt) magistral qaz kəmərində təbii qaz nəqli dayandırılacaq.

Təmir işləri zamanı Qəbələ rayonunun kənd və qəsəbələrində, Göyçay şəhərinin bir hissəsində, rayonun Qarabaqqal, Hacılıkənd, Çayarxı, Qızılağac kəndlərində, Ağdaş şəhərində (qismən) və rayonun Şəmsabad istiqamətində yerləşən 18 kəndində təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti