...

Azərbaycan neftinin qiymətləri 23-27 aprel həftəsinin yekunları

Energetika Materials 28 Aprel 2012 15:34 (UTC +04:00)
23-27 aprel həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 122,12 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri 23-27 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/

23-27 aprel həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 122,12 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 0,6 dollar/barel azdır.

23-27 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 123,45, minimum isə 120,79 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

23-27 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti təqribən 115,53 dollar/bareldən çox olub. Bu, ötən həftənin orta qiymətindən 1,1 dollar/barel çoxdur.

23-27 aprel həftəsində URALS-ın qiyməti maksimum 117,02, minimum isə 113,97 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 117,83 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 0,81 dollar/barel azdır.

23-27 aprel həftəsində "Brent Dated"in qiyməti maksimum 119,27, minimum isə 116,28 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti